Gürcüstan Futbol Federasiyası (GFF) ilə Memorandumu imzalayan “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədovun müsahibəsi
- GFF-lə imzaladığınız Memorandum üzrə hansı işləri yerinə yetirəcəksiniz?
- GFF belə qərara gəlib ki, “SOCAR Energy Georgia”nın baş sponsor kimi göstərəcəyi əsas yardımın böyük hissəsi 2011-ci ildə futbol meydançalarının, yığma komandanın bazasının rekonstruksiyasına sərf olunsun. 2012-ci ildə əməkdaşlığımızın davam edib-etməyəcəyi hələ məlum deyil. Çox güman ki, davam edəcək. Amma SOCAR prezidenti Rövnəq Abdullayevlə məsləhətləşmədən bu barədə qəti bir söz deyə bilmərəm. Hər halda Abdullayevin qarşıdakı il üçün sponsorluqla bağlı razılığı, xeyir-duası var. GFF prezidenti Zviad Siçinava ilə imzaladığımız memorandumda da göstərilib ki, vəsait əsasən, futbol meydançalarının tikintisinə yönəldiləcək. Ola bilsin, pulun bir hissəsi Gürcüstan yığmasının təlim-məşq toplantılarının təşkili məsələlərinə sərf olunacaq.
- Bəs GFF hansı işləri öz öhdəsinə götürüb?
- Gürcüstan milli komandasının baş məşqçisi Temuri Ketsbaya Avropada nüfuzlu mütəxəssisdir. O, vaxtilə Kiprin “Anortosis” klubu ilə Çempionlar Liqasında qrup mərhələsi həyəcanı yaşayıb, bu komanda ilə nailiyyətləri Avropada böyük rezonans doğurub. Ketsbaya şirkətimizi Gürcüstanda reklam edən şəxslərdən biri olacaq. Bütün bannerlərdə, stadionlardakı bütün reklam lövhələrində, yığmanın oyunları üçün satışa çıxarılan bütün biletlərin üzərində, bütün yığma komandaların məşq formaları və ekipirovkalarının üstündə şirkətimizin üçrəngli bayrağımızla birgə loqosu əksini tapacaq. GFF-in baş katibi Rezo Arveladze də çox nüfuzlu şəxsdir. O, məşhur Arveladze qardaşlarından biridir və vaxtilə tanınmış futbolçulardan olub. Arveladze də şirkətimizlə GFF-in birgə işinin reklamına kömək edəcək. Gürcüstanda “SOCAR-dan yanacaq al, futbola kömək et” çağırışı ilə də çıxış edəcəyik. Televiziya verilişləri olacaq. Əməkdaşlığımız çoxşaxəlidir və hamısı müqavilədə əksini tapıb.
- Gürcüstan millisinin səfər oyunlarında da loqonuz meydança kənarında yerləşdiriləcək?
- Məncə, GFF yığmanın oyunlarının yayım hüququnu “Sportfive”a satıb. Lakin AFFA-nın “Sportfive” ilə dostluğunu nəzərə alaraq, buna da nail olacağımızı düşünürəm.
- Niyə müqavilə yox, memorandum?
- Sənədə imza atan “SOCAR Energy Georgia” holdinqdir, ana təşkilatdır. Gürcüstanda çoxlu törəmə təşkilatlarımız var. Bu məsələ SOCAR rəhbərliyi ilə razılaşdırılıb. “SOCAR Energy Georgia” pul qazanan yox, idarə edən holdinqdir. Böyük pul axını törəmə təşkilatlarımızda olur. Memorandumda yazılan şərtlər və məbləğlər müxtəlif törəmə təşkilatlar arasında bölüşdürüləcək. Memorandumun altında konkret müqavilələr də var. Onlar müxtəlif törəmə təşkilatlara paylaşdırılıb. Gürcüstandakı digər şirkətlərdən fərqimiz ondadır ki, bizim işimiz çoxşaxəlidir. Qaz, benzin, tikinti, qazın kommunal, sosial və topdan satışı, neft və neft məhsullarının bazarda satışı kimi işlər görürük. Bu baxımdan, əlimizdə çeviklik var.
- GFF-lə müqavilənizin məbləğini açıqlaya bilərsiniz?
- Bu, bizim kommersiya sirrimizdir. Məbləğ barədə birbaşa SOCAR rəhbərliyi məlumatlıdır. Rəqəm bizim üçün münasibdir. Bu, Azərbaycan futboluna sponsorluqla müqayisədə kiçik, GFF-in büdcəsi, ona lazım olan pulla müqayisədə gözəçarpan rəqəmdir. Gürcüstan futboluna xərclədiyimiz pullar sərt nəzarətdə və ünvanlı olacaq.
- Bəs Gürcüstan Şahmat Federasiyası ilə müqaviləniz davam edir?
- Bəli. Gürcüstan Şahmat Federasiyası ilə müqaviləmizin məbləği ildə cəmi 100 min dollardır. Bu müqavilənin bizə imic baxımından böyük xeyri var, amma elə bir maliyyə yükü yoxdur.
Mənbə: lent.az
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu