Bakı "İnter"i "Pari Sen-Jermen"lə qarşılaşacaq

Bakı "İnter"i "Pari Sen-Jermen"lə qarşılaşacaq
XƏBƏR 29 Dekabr 2010 / 14:05 2129
-  A +

Bakının “İnter” klubunun Türkiyənin Antalya vilayətinin Bələk mahalında keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqiblər bəlli olub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 3-də Bələkə yollanan komanda 3 yoldaşlıq oyunu keçirəcəyi planlaşdırılır. “İnter” yanvarın 7-də Fransanın “Pari Sen-Jermen” komandasının 2-ci heyəti, yanvarın 9-da Türkiyənin Bank Asya liqasında çıxış edən “Altay-İzmir” komandası və nəhayət, yanvarın 11-də Albaniyanın güclülər dəstəsində mübarizə aparan “Skenderbeu” ilə qarşılaşacaq.


Son xəbərlər