Kocaman Semihə "get" dedi

Kocaman Semihə "get" dedi
XƏBƏR 29 Dekabr 2010 / 13:15 2186
-  A +

Türkiyə millisinin və "Fənərbaxça" klubunun aparıcı futbolçusu Semih Şəntürk 6 ay sonra komandasını tərk edəcək. Qol.Az-ın məlumatına görə, "Fənərbaxça" klubunun baş məşqçisi Aykut Kocaman gələn ilin iyun ayında müqavilə müddəti başa çatan Semihin getməsinə icazə verib. Kocaman Quiza, Gökhan Ünal, Kazım Kazım kimi futbolçuları göndərməklə yanaşı Semihin də getməsinə mane olmayacağını bildirib. Buna səbəb kimi isə Semihin ötən mövsüm klubdan getmək istədiyini və bunun üçün də iyun ayını gözlədiyini deməsi göstərilir.  Məşqçi Semihin mövqeyinə "Karabükspor"un hücumçusu Emenikeni almağı planlaşdırır.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner