Mirça Rednik transfer məsələlərinə görə Rumıniyaya gedəcək

Mirça Rednik transfer məsələlərinə görə Rumıniyaya gedəcək
XƏBƏR 29 Dekabr 2010 / 12:27 2258
-  A +

"Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik "Styaua" klubunda çıxış edən iki futbolçunun transfer məsələsini həll etmək üçün Rumuniyaya gedəcək. Qol.Az-ın məlumatına görə, yeni ili ailəsi ilə birgə Belçikada keçirdikdən sonra yanvarın 5-də ölkəsinə gedəcək olan Rednik orada "Styaua" klubunun prezidenti Cici Bekali ilə yarımmüdafiəçi Banel Nikolita və Qalamas Georgenin transferləri haqqında ətraflı söhbət edəcək. 48 yaşlı mütəxəsis hər iki futbolçunu Lənkərana gətirməkdə israrlı olduğu üçün bu məsələni birdəfəlik kağız üzərində həll etməyə çalışır. Əgər danışıqlar müsbət nəticələnərsə, adı çəkilən futbolçular ikinci dövrədən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcəklər.

Son xəbərlər