"İnter"in rəqibində məşqçi istefası

XƏBƏR 29 Dekabr 2010 / 10:39 1629
-  A +

"Birlik kuboku"nda ölkəmizi təmsil edəcək "İnter"in rəqiblərindən olan "İskra-Stal"ın məşqçiləri getməyə qərar veriblər. Qol.Az-ın Moldova mətbuatına istinadən məlumatına görə, əsas çalışdırıcı Vlad Qoyan və köməkçi Nikolay Panu komandanı tərk edib. Yaxın günlərdə klubda məşqçi-məsləhətçi Valeri Çalıy olacağı bildirilir. Bu mütəxəssis hazırda "Sevastopol"dadır və onunla gələn ilin əvvəlində müqavilə bağlanacağı gözlənilir. 
Qeyd edək ki, yanvarın 18-də Moldova klubu Azərbaycan çempionu ilə qarşılaşacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner