2004-cü ildən başlayaraq AzTV-də yayımlanan “Football Time” verilişi fəaliyyətini dayandırıb. Qol.Az-ın məlumatına görə, eyni formatda olan yeni veriliş bu dəfə «İdman Azərbaycan» telekanalında fəaliyyətə başlayıb. “Premyer Liqa” adlanacaq bu verilişin rəhbəri və aparıcısı “Football Time”də olduğu kimi, tanınmış idman telejurnalisti Altay Əliyevdir. “Premyer Liqa” daha rəngarəng və diqqətçəkən olacaq. Bundan başqa Azərbaycan futboluna və Azərbaycan Premyer Liqasına geniş yer ayrılacaq. Çempionatın bütün görüşlərindən görüntülər və şərhlər ətraflı şəkildə azarkeşlərə təqdim ediləcək. Həftəsonuna təsadüf edəcək buraxılış isə bütünlüklg tur öncəsi müzakirələrə həsr olunacaq. “Premyer Liqa” həftədə üç dəfə canlı olaraq efir üzü görəcək və bir saat davam edəcək.
Qeyd edək ki, bu gün saat 21:20-də «Premyer Liqa»nın növbəti buraxılışı efirdə olacaq.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı