“Bakı” futbol klubunun üzvləri 3 saylı kimsəsiz uşaqlar evinin qonağı olublar. Uşaqlarla görüşdə klub rəsmiləri, məşqçilər, uşaq və yeniyetmə futbolçular və “Bakı Fanat klubu”nun fəal fanları iştirak edin.
Əvvəlcə uşaq evinin uşaqlarından seçilmiş komanda ilə “Bakı”nın 10 yaşlılardan ibarət komandası arasında yoldaşlıq oyunu keçirilib. Maraqlı və gərgin keçən oyunda 8 qol vurulub - 4:4.
Ardından uşaqlara futbolla bağlı məlumatlar verilib, onlarla sağlıam həyat tərzinin önəmi barədə söhbətlər aparılıb. Tərbiyəçilərin də iştirak etdiyi rəsmi hissədən sonra uşaqlara klub şarfları, papaqlar, köynəklər, məktəb ləvazimatları və “Toplu Bakı” jurnalının nüsxələri təqdim olunub.
Görüş şirniyyat stolu arxasında söhbətlə davam etdirilib. Tədbirin sonunda təşəkkürlərini dilə gətirən məktəb rəhbərliyi belə ziyarətlərin mütəmadi xarakter alması arzulayıb.
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi