Massimo Moratti: "Benitesin uğursuzluğunun səbəbi Mourinyodur"

Massimo Moratti: "Benitesin uğursuzluğunun səbəbi Mourinyodur"
XƏBƏR 28 Dekabr 2010 / 18:17 2113
-  A +

İtaliyanın "inter" klubunun prezidenti Massimo Moratti bir neçə gün əvvəl komanda ilə yollarını ayıran Rafael Benitesin uğursuzluğuna aydınlıq gətirib. Qol.Az-ın məlumatına görə, Moratti bu işdə daha çox "İnter"in keçmiş baş məşqçisi Joze Mourinyonu günahlandırıb: "Benites çox təcrübəli bir məşqçidir. Lakin onun da özünəməxsus bir sistemi olduğu üçün Mourinyonun qoyub getdiyi komandaya uyğunlaşa bilmədi. Məhz buna görə də, rəhbərlik olaraq onu komandadan göndərməli olduq. Hazırki məşqçi Leonardo da bacardıqca Mourinyonun komandada qurduğu sistemin təsirini azaltmalıdır. Əks təqdirdə isə "İnter"in uğurlarını hələ uzun müddət gözləməli olarıq".     

Son xəbərlər