Amit Quluzadənin "Fənərbaxça"nın düşərgəsinə gedəcəyi vaxt açıqlandı

Amit Quluzadənin "Fənərbaxça"nın düşərgəsinə gedəcəyi vaxt açıqlandı
XƏBƏR 28 Dekabr 2010 / 15:36 2103
-  A +

Türkiyənin "Fənərbaxça" klubu Azərbaycan millisinin və "Neftçi"nin gənc yarımmüdafiəçisi Amit Quluzadəni komandanın təlim-məşq toplanışına dəvət edib. Qol.Az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisindən "Neftçi" klubuna daha bir faks daxil olub. Faksda 18 yaşlı futbolçunun yanvarın 2-də Türkiyəyə gələrək "Fənərbaxça"nın ilk təlim-məşq toplanışında iştirak etməsi qeyd olunub. Məhz həmin gün ilk təlim-məşq toplanlışına başlayacaq "Fənərbaxça" klubunun baş məşqçisi Aykut Kocaman bir sıra gənc futbolçlarla yanaşı Amiti də sınaqdan keçirəcək.

Son xəbərlər