“Xəzər Lənkəran”ın transfer edə bilmədiyi futbolçu klubunu dəyişir

“Xəzər Lənkəran”ın transfer edə bilmədiyi futbolçu klubunu dəyişir
XƏBƏR 28 Dekabr 2010 / 14:52 2272
-  A +

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednikin Rumuniyanın “Styaua” klubundan transfer etmək istədiyi futbolçu Banel Nikolita komandasını dəyişmək üzrədir. Qol.Az-ın məlumatına görə, “Timişoara”dan 6 il əvvəl “Styaua” klubuna transfer olunan 25 yaşlı futbolçu yenidən öz komandasına qayıda bilər. “Styaua” klubunun prezidenti Cici Bekali də futbolçunun transferində maraqlıdır. Əgər danışıqlar müsbət nəticələnərsə, Nikolita ikinci dövrədən etibarən “Timişoara”da çıxış edəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” klubu da Banel Nikolitanı 1 milyon 500 min avro qarşılığında transfer etməyi planlaşdırsa da, müəyyən səbəblərə görə bu istəyinə nail ola bilməmişdi.

Son xəbərlər