Ronaldo da axtalandı

Ronaldo da axtalandı
XƏBƏR 28 Dekabr 2010 / 11:38 2269
-  A +

Məşhur braziliyalı futbolçu Ronaldo özünü vazektomiyaya məruz qoyub. Qol.Az-ın “Corriere della Sera”ya istinadən verdiyi məlumata görə, 3 müxtəlif qadından 4 uşaq atası olan 1990-cı illərin ən uğurlu oyunçusu “uşaq fabrikini bağlamaq” qərarına gəlib. Futbolçunun 10 yaşlı Ronald, 5 yaşlı Aleks, 2 yaşlı Mariya-Sofiya və 9 aylıq Mariya-Alisa adlı övladları var. O, artıq kifayət qədər övladının olduğunu deyərək, özünü axtaladıb. Ronaldoyadək bu yola Pele də əl atıb. Sonradan futbol kralı bundan təəssüflənib və süni mayalanma yolu ilə 2 əkiz dünyaya gətirib.

Son xəbərlər