Nuri Şahin: “Azərbaycana məğlubiyyət vəziyyətimizi daha da ağırlaşdırdı”

Nuri Şahin: “Azərbaycana məğlubiyyət vəziyyətimizi daha da ağırlaşdırdı”
XƏBƏR 27 Dekabr 2010 / 19:27 2184
-  A +

Almaniyanın “Borussiya” (Dortmund) klubunun və Türkiyə millisinin aparıcı futbolçusu olan Nuri Şahin qardaş ölkənin “Hürriyet” qəzetinə verdiyi açıqlamalarla diqqət çəkib. Qol.Az-ın məlumatına görə, hazırda klubunda işləri qaydasında gedən 22 yaşlı futbolçu AÇ 2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə milli komandasının qrupdakı şanslarını dəyərləndirib: “Seçmə mərhələdə Almaniya, ardından isə Azərbaycana məğlub olmağımız qrupdakı vəziyyətimizi daha da ağırlaşdırdı. İlk iki oyundakı qələbələrin ardını gətirə bilsəydik daha yaxşı olardı. Lakin çox təəssüf ki, biz bunu bacarmadıq. Bununla belə, qrupdan çıxmaq şansımız hələ də qalır. Türkiyə millisinin Avropa çempionatına gedəcəyinə heç kəsin şübhəsi olmasın. Çünki biz milli komandanın futbolçuları olaraq bunu çox arzulayırıq”. 

Son xəbərlər