Martin Demişelis artıq La Liqada oynayacaq

Martin Demişelis artıq La Liqada oynayacaq
XƏBƏR 27 Dekabr 2010 / 16:42 2071
-  A +

Almaniyanın "Bavariya" klubunda top qovan argentinalı müdafiəçi Martin Demişelis Bundesliqanı  İspaniya La Liqasına dəyişib. Qol.Az-ın məlumatına görə, Demişelis bu mövsümün sonuna qədər La Liqa klublarından olan "Malaqa"da icarə əsasında forma geyəcək. Lakin ispanlar yayda qarşı tərəfə 3 milyon avro ödəməklə futbolçunun birbaşa transfer hüququna yiyələnə bilərlər. Demişelisin özü isə bu keçidə çox sevinməsi ilə yanaşı, "burada unudulmaz 7 il keçirdiyini" də vurğulayıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2003-cü ildə "River Pleyt"dən "Bavariya"ya transfer olunmuşdur.

Son xəbərlər