Əfran İsmayılov: «Qarabağ» mənim üçün özəl komandadır»

Əfran İsmayılov: «Qarabağ» mənim üçün özəl komandadır»
XƏBƏR 27 Dekabr 2010 / 16:12 2051
-  A +

«Qarabağ» mənim üçün özəl komandadır. Özümü burda çox rahat hiss edirəm. 5 aydı futbol oynamasam da, mənə qarşı çox diqqətli davranırlar. «Qarabağ»la yeni müqavilə bağladığıma görə çox xoşbəxtəm». Qol.Az-ın məlumatına görə, bu sözləri «Qarabağ»ın yarımmüdafiəçisi Əfran İsmayılov klubun rəsmi saytına deyib.
«Bilirəm ki, azarkeşlər məndən çox şey gözləyir. Biz gənclərin birlikdə oynaması eyni zamanda Azərbaycan millisinin gələcəyi üçün də faydalıdır» - deyə o vurğulayıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner