Almaniya millisinin futbolçusu “Qalatasaray”a gəlir

Almaniya millisinin futbolçusu “Qalatasaray”a gəlir
XƏBƏR 25 Dekabr 2010 / 14:42 2663
-  A +

Almaniya millisinin və “Köln” klubunun aparıcı futbolçusu Lukaş Podolski karyerasını Türkiyədə davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, 25 yaşlı hücumçu İstanbulun “Qalatasaray” klubunun maraq dairəsinə düşüb. Türklər adı çəkilən futbolçuya görə 7 milyon avro ödəməyə hazırdılar. Polşa əsilli futbolçunun çıxış etdiyi “Köln” klubu isə Bundesliqada hazırda 15 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Bu il komandasında uğursuz mövsüm keçirən Podolskinin özü də klubunu tərk etməkdə maraqlıdır. Qeyd edək ki, bu mövsüm Podolski meydana çıxdığı 16 oyunda cəmi 4 dəfə fərqlənməyə nail olub.

Daha çox


Son xəbərlər