Vaqif Əliyev: "Samir Əliyev gənclərə örnəkdir"

Vaqif Əliyev: "Samir Əliyev gənclərə örnəkdir"
XƏBƏR 25 Dekabr 2010 / 14:17 2315
-  A +

Unibank Premyer Liqasında noyabr və dekabr aylarının ən yaxşı oyunçularının mükafatlandırılması mərasimində "Simurq" klubunun icraçı direktoru Vaqif Əliyev də iştirak edib. Qol.Az-ın məlumatına görə, tədbirdə çıxış edən Əliyev media ilə fikirlərini bölüşüb: "Belə gözəl tədbirə görə Unibank və PFL rəhbərliyinə öz təşəkkürümü bildirirəm. "Simurq" Premyer Liqada autsayder olsa da, Samir Əliyevin dekabrın ən yaxşı oyunçusu seçilməsi obyektivdir. Samir Əliyevin əlavə tərifə ehtiyacı yoxdur. O, peşəkar futbolçudur, davranışları ilə, oyunu ilə gənclərə örnəkdir".

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner