Joze Mourinyo: "İniyesta "Qızıl top" mükafatına layiq deyil"

Joze Mourinyo: "İniyesta "Qızıl top" mükafatına layiq deyil"
XƏBƏR 25 Dekabr 2010 / 14:03 2309
-  A +

İspaniyanın "Real Madrid" klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, Mourinyo bu dəfə "Barselona" klubunun yarımmüdafiəçisi Andres İniyestanın bostanına daş atıb: "İniyesta son dünya çempionu olsa da, "Qızıl top" mükafatına layiq deyil. Məhz İniyestanın bu mükafatı alması, çox ədalətsiz bir qərar olacaq. Düşünürəm ki, "Qızıl top" mükafatı öz layiqli sahibinə qismət olmalıdır". Mourinyo daha sonra ilin məşqçi seçiminə də öz münasibətini bildirib: "Bu mükafat mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Mən hətta "Real"ın "Levante"yə 8:0 hesabı ilə qalib gəlməsini belə bu mükafata dəyişmərəm".    

Daha çox


Son xəbərlər