Nazim Süleymanov: "Bu, əlavə stimuldur"

Nazim Süleymanov: "Bu, əlavə stimuldur"
XƏBƏR 25 Dekabr 2010 / 13:32 1937
-  A +

Unibank Premyer Liqasında noyabr və dekabr aylarının ən yaxşı oyunçularının mükafatlandırılması mərasimində AZAL klubunun baş məşqçisi Nazim Süleymanov da iştirak edib. Qol.Az-ın məlumatına görə, tədbirdə çıxış edən Süleymanov mediya ilə  fikirlərini bölüşüb: "Hər ay Premuer Liqanın ən yaxşı oyunçusunu seçdikləri üçün Unibank və PFL rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu, futbolçular üçün meydanda daha da gözəl oyun göstərmələri üçün əlavə stimuldur. Sevindirici haldır ki, noyabr ayının ən yaxşı oyunçusu AZAL klubunun futbolçusu Zohair Benouahi seçilib. Bu, qürurverici haldır, bütün komandamızın sevincidir. Fürsətdən istifadə edib Samir Əliyevi dekabrın ən yaxşı oyunçusu seçilməyi münasibəti ilə təbrik edirəm. Fikrimcə, Samir hələ öz sözünü deməyib, daha da yaxşı çıxış edəcəyinə inanıram".

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner