Fazil Məmmədov: "Əməkdaşlığı davam etdirəcəyik"

Fazil Məmmədov: "Əməkdaşlığı davam etdirəcəyik"
XƏBƏR 25 Dekabr 2010 / 13:21 2511
-  A +

Unibank Premyer Liqasında noyabr və dekabr aylarının ən yaxşı oyunçularının mükafatlandırılması mərasimində Unibank Kommersiya Bankının risklərin idarə edilməsi üzrə direktoru Fazil Məmmədov da iştirak edib. Qol.Az-ın məlumatına görə, tədbirdə çıxış edən Məmmədov mediya ilə  fikirlərini bölüşüb: "Noyabr və dekabr ayları üçün Unibank Premyer Liqasında ayın oyunçuları seçilmiş Zohair Benouahini və Samir Əliyevi bu uğur münasibəti ilə təbrik edirəm, onlara, həmçinin digər futbolçularımıza yeni uğurlar arzulayıram. Son illərdə dövlətin qayğısı sayəsində ümumilikdə idmanın və xüsusən də futbolun səviyyəsi daha artıb. Futbol artıq bir sənaye növüdür. Arzu edirəm ki, bizim futbolçuların da adları uğur qazanmışlar arasında olsun. Ümid edirəm ki, PFL ilə uğurlu əməkdaşlığı dava etdirəcəyik. Hamınızı qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm, uğurlar arzulayıram".

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner