"2010-cu ili futbolun inkişafı baxımından yüksək qiymətləndiririk. Bu il 2012-ci ildə 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsinə nail olduq". Qol.Az-ın "Trend"ə istinadən verdiyi məlumata görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
AFFA-nın baş katibi Azərbaycanın gənclərdən ibarət futbol komandalarının reytinq cədvəlində yüksək yer tutmasını da uğur sayıb: "İki futbol komandamız iki il bundan əvvəl 142-ci yerdə idisə, hazırda 101-ci yerdədir. Azərbaycan futbol tarixində ilk dəfə milli komandamız bu il 90-cı yerdə qərarlaşdı. İndi 208 ölkə arasında 98-ci yerdəyik. Bu da müsbət haldı".
Baş katib bildirib ki, qarşıya qoyulan layihələr çox uğurla həyata keçirilir: "AFFA prezidenti Rövnəq Abdullayev qarşımıza məqsəd qoyub ki, futolun inkişafı üçün AFFA 3 proiritetə diqqət yetirməlidir: təhsil, infarstruktur və kütləvi futbol. Hazırda hər üç istiqamətdə işimizi peşəkar səviyyədə qurmağa çalışırıq. İki il bundan qabaq Azərbaycanda 1500 futbolçu mütəmadi olaraq futbol oynayırdısa və AFFA-da qeydiyyatdan keçmişdisə, indi 14 mindən çox futbolçu qeydiyyatdan keçib və hər həftə AFFA-nın bayrağı altında müxtəlif turnirlərdə, liqalarda iştirak edirlər. Bu, tək futbolun inkişafı deyil, Azərbaycan xalqının sağlam həyat tərzinin təbliğidir".
Baş katib futbol təhsili ilə bağlı da müəyyən işlərin görüldüyünü vurğulayıb: "Bildiyiniz kimi, 2008-ci ildə UEFA-nın A və B kateqoriyalı məşqçilərin kurslarını keçirməyə başladıq. UEFA bizə rəsmi olaraq bu kursların keçirilməsinə izacə verib. Azərbaycanda son üç ildə 250-dən çox məşqçi müxtəlif kateqoriyalı seminarlarda iştirak edib".
O, deyib ki, 2008-ci ildən bu günə qədər AFFA tərəfindən 58 meydança istifadəyə verilib: "Bu, tək Bakıda deyil müxtəlif bölgələrdə həyata keçirilib. Bundan başqa, stadionlarda əsaslı təmir-bərpa işləri aparılıb. Bayıl qəsəbəsində 3 minlik stadionda təmir işləri görülüb, Mərdəkanda 5 min yerlik stadion inşa olunur, gələn il onun açılışında iştirak edəcəyik. "8-ci kilometr" adlanan ərazidə 12 min yerlik stadion inşa edilir. 2012-ci ildə, yəni dünya çempionatına qədər stadion istifadəyə veriləcək".
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir