Mario Jardel yeni klubunda

Mario Jardel yeni klubunda
XƏBƏR 25 Dekabr 2010 / 12:15 2598
-  A +

“Qalatasaray”ın keçmiş ulduzu, braziliyalı Mario Jardel 21 illik karyerası ərzində 20-ci dəfə komanda dəyişib. Qol.Az-ın verdiyi məlumata görə, bu yaxınlaradək Bolqarıstanda “Çernomerts”in əvəzedici heyətində forma geyinən veteran hücumçu öz vətəni Braziliyaya qayıtmaq qərarına gəlib. O, Braziliyanın üçüncü liqa komandalarından olan “Rio Neqro” ilə müqavilə imzalayıb. Burada Jardel reklam və digər gəlirlərdə hesablanmaqla 800 min avro qazanacaq. Qeyd edək ki, Mario Jardel karyerasının ən parlaq vaxtlarını Portuqaliya çempionatında keçirib. 1996-2000-ci illərdə “Portu”da çıxış edən forvard daha sonra “Sportinq”ə transfer olunmuşdu. Bu klubda bir mövsümdə vurduğu 43 qolla Jardel “qızıl buts” mükafatına da sahib çıxmışdı. Daha sonra 16 milyon dollar qarşılığında “Qalatasaray”a gələn braziliyalı komandanın UEFA kubokunu və superkuboku qazanmasında böyük pay sahibi olmuşdu.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner