"İnter"in yeni baş məşqçisi bəlli oldu

"İnter"in yeni baş məşqçisi bəlli oldu
XƏBƏR 25 Dekabr 2010 / 11:40 2591
-  A +

Bir neçə gün əvvəl Rafael Beniteslə yollarını ayıran İtaliyanın “İnter” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Qol.Az-ın məlumatına görə, braziliyalı gənc mütəxəssis Leonardo  "İnter"lə 2012-ci ilin iyununa kimi rəsmi müqavilə imzalayıb. Bununla da Leonardo yenidən Milana qayıdaraq bu şəhərin təmsilçisini çalışdıracaq. Lakin fərq ondadır ki, bu dəfə o “Milan”ı yox, onun əzəli rəqibi olan "İnter"in baş məşqçisi olacaq. Qeyd edək ki, yaxın günlərdə Leonardonun "İnter"in baş məşqçisi kimi rəsmi təqdimat mərasimi keçiriləcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner