AFFA “Turan”ın şikayətini təmin etmədi

XƏBƏR 24 Dekabr 2010 / 19:22 1691
-  A +

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda «Turan»ın futbolçusu  uammer Erdoğdunun 5 oyunluq cəzasının azaldılması ilə bağlı müraciət təmin olunmayıb.
«Bakılı»nın futbolçusu Elnur Hüseynov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar da qüvvədə saxlanılıb. Elnur Hüseynov intizam tədbiri olaraq 1 illik kənarlaşdırılsın, digər 1 illik cəzadan isə 1 illik sınaq müddəti tətbiq edilməklə azad olunsun. 1 illik sınaq müddəti ərzində Elnur Hüseynov analoji hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri  hazırkı azad olunmuş cəzaya əlavə olunsun.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner