Bu gün Niderland Jurnalistlər Məktəbinin (NJM) qərargahında “Komanda” qəzetinin təltifetmə mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, ilin ən yaxşı futbolçusu seçilən Rəşad Sadıqov və ilin ən yaxşı məşqçisi seçilən Qurban Qurbanovun qatıldığı mərasimdə onlara qəzet rəhbərliyi tərəfindən kuboklar təqdim olunub.
“Komanda” qəzetinin baş redaktoru Rəşad Ergün qalibləri təbrik edib, onlara daha böyük uğurlar qazanmağı arzulayıb. Sonra təltifetmə mərasimi başlanıb.
Əvvəlcə Qurban Qurbanova “İlin ən yaxşı məşqçisi” mükafatı təqdim olunub. Rəşad Ergünün kuboku gənc mütəxəssisə təqdim etməsindən əvvəl Qurbanovun iş fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Bundan sonra mükafatını alan Qurbanov hər kəsə təşəkkür edib və gələcəkdə də bu uğuru təkrarlamaq üçün çalışacağını qeyd edib.
Bundan sonra növbə Rəşad Sadıqova çatıb. Jurnalistlər tərəfindən ilin ən yaxşı futbolçusu seçilən “Əskişəhərspor”lu müdafiəçinin oyunuyla bağlı da videoçarx nümayiş etdiriləndən sonra Rəşad Ergün ona da mükafatı təqdim edib. Öz növbəsində futbolçu qalib olmasından məmnun olduğunu dilə gətirib, onu dəstəkləyən hər kəsə təşəkkür edib.
Bu, Rəşad Sadıqovın həmin gün yeganə mükafatı olmayıb. “Komanda” qəzeti millinin kapitanının Azərbaycan-Türkiyə matçında nümayiş etdirdiyi feyr-pley addımını nəzərdən qaçırmayıb. Yadınızdadısa, həmin matçın sonlarında Sadıqov yerə yıxılan qapıçı Kamran Ağayevə yaxınlaşıb, üstünə qışqıraraq və onu vaxt aparmağa imkan verməyərək ayağa qaldırmışdı. Qəzet onun bu addımını əsl “feyr-pley” nümunəsi kimi qiymətləndirib. Mükafatını qəzetin təsisçisi Kənan Məstəliyevdən alan Sadıqov, bu mükafata görə də təşəkkürünü bildirib.
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"