“Barselona” yeni futbolçusu ilə rəsmi müqavilə imzaladı

“Barselona” yeni futbolçusu ilə rəsmi müqavilə imzaladı
XƏBƏR 24 Dekabr 2010 / 18:34 2166
-  A +

Hollandiyanın “PSV” klubunun yarımmüdafiəçisi  İbrahim Affelay bu gün “Barselona” ilə rəsmi müqavilə imzalayıb. Qol.Az-ın məlumatına görə, 24 yaşlı futbolçunun katalon klubu ilə 4,5 il müddətinə müqavilə bağladığı söylənilir. Dünən Barselonaya gələrək tibbi müayinədən uğurla keçən Affelay yeni klubunda 20 nömrə altında çıxış edəcək. Qeyd edək ki, Hollandiya millsinin üzvü  2003-cü ildən “PSV” klubunun şərəfini qoruyur.

Daha çox


Son xəbərlər