Əmrə Bəlözoğlu: “Qalatasaray”ın forması mənə qəribə gəlmişdi”

Əmrə Bəlözoğlu: “Qalatasaray”ın forması mənə qəribə gəlmişdi”
XƏBƏR 24 Dekabr 2010 / 16:51 2151
-  A +

Türkiyə millisinin və “Fənərbaxça” klubunun aparıcı futbolçusu Əmrə Bəlözoğlu verdiyi açıqlamalarla diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, Əmrə “Fənərbaxça”ya keçməklə özünün ən doğru addım atdığını bildirib: “ Mən uşaqlıqdan bəri “Fənərbaxça” klubunun fanatı olmuşam. Lakin ilk dəfə “Qalatasaray”ın formasını geyəndə isə bu mənə bir qədər qəribə gəlmişdi. Çünki mən həmişə sarı-lacivərtli formanı geyinməyi arzulayırdım. Şükürlər olsun ki, başda prezident Əziz Yıldırım olmaqla bu arzuma gec də olsa çatdım. Uşaqlıq illərimdə isə “Fənərbaxça”nın Aykut Kocaman, Rıdvan Dilmən və Novak kimi futbolçularının oyununu böyük maraqla izləyirdim. Hətta küçədə futbol oynarkən belə, bu 3 oyunçudan birinin adını çəkirdim. Hazırda isə bu komandada çıxış etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. Buna görə də mənə “Fənərbaxçalı Əmrə” deyilsə daha yaxşı olar”.
Qeyd edək ki, Əmrə Bəlözoğlu 2008-ci ildən “Fənərbaxça” klıubunun şərəfini qoruyur.    

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner