fanat.az saytındakı həmkarlarımız Azərbaycan klublarının İnternet saytlarında apardığı araşdırma nəticəsində maraqlı faktlar üzə çıxarıblar. Xüsusilə iki komandanın - «İnter» və «Standard»ın saytlarındakı vəziyyət təəccüblü görünməyə bilməz. Hər iki komanda Azərbaycan klubu olsa da, onların rəsmi İnternet saytları rus versiyası ilə açılır. «Standard»ın isə Azərbaycan versiyası, ümumiyyətlə, fəaliyyət göstərmir.
Qeyd edək ki, istər Azərbaycanda, istərsə də başqa ölkələrin bütün peşəkar klubların rəsmi saytları ya doğma dillərində açılır, ya da ümumiyyətlə, başlanğıc səhifədə istifadəçilərə saytı hansı dildə oxumaq üçün seçim imkanı verilir. «İnter» və «Standard»da isə vəziyyət fərqlidir.
Əlbəttə, bu məsələdə söhbət heç də rus dilinə qarşı çıxmaqdan yox, iki peşəkar komandanın Azərbaycanın dövlət dilinə, kobud desək, hörmətsizliyindən gedir. Bu komanda Azərbaycanın olduğu, onun azarkeşi, onların saytına daxil olanların əksəriyyətini azərbaycanlılar təşkil etdiyi halda, saytı əcnəbi dil olan rus dilində oxucuya təqdim etməyin mənası və məqsədi nədir? «İnter»in rəhbərliyində əcnəbilər, «Standard»ın rəhbərliyində rusdilli azərbaycanlılar var deyə, hər iki komandanın saytı birinci rus dilinəmi üstünlük verməlidir?
Görün, Qol.Az-ın müxbirinin bu məsələylə bağlı müraciətinə «İnter»in prezidenti Georgi Nikolov əvvəlcə nə cavab verir: «Məni siyasi sorğuya çəkməyin». Bəli, «İnter»in rəhbərinin düşüncəsinə görə, bu, siyasi məsələdir, biz isə fikirləşirik ki, söhbət siyasətdən yox, mənəvi məsuliyyətdən gedir. «İnter»in prezidenti bolqarıstanlı, baş məşqçisi ukraynalı, «Standard»ın gənc prezidenti və təsisçisi rusdilli azərbaycanlıdır deyə, Azərbaycanın dövlət dili aşağılanmalıdır?
Yox, bir halda ki, bu kobud səhv düzəldilməyəcək, komandaların rəhbərləri mənəvi məsuliyyətlərini başa düşməyəcək, o zaman Azərbaycanda doğma dilimizə sayğısızlıq edən saytların da fəaliyyətinə ehtiyac yoxdur.
ELNUR
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı