“Xəzər Lənkəran” 500 min avro ödəməlidir

“Xəzər Lənkəran” 500 min avro ödəməlidir
XƏBƏR 24 Dekabr 2010 / 15:12 2834
-  A +

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin transfer etmək istədiyi Rumuniyanın “Panduri” klubunun braziliyalı müdafiəçisi Aleksandr Kardozonun qiyməti açıqlanıb. Qol.Az-ın məlumatına görə, “Panduri” klubunun icraçı direktoru Yugen Pirvulesku 26 yaşlı futbolçunun transferi haqqında bunları deyib: “Kardozo kifayət qədər yüksək səviyyəli bir futbolçudur. Hətta onun az oyun keçirməsi belə futbolçunun qiymətinə təsir edə bilməz. Kardozoya sahib çıxmaq istəyən hər hansı bir komanda 500 min avrosundan keçməli olacaq”.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner