«Qarabağ» daha bir mükafat aldı

XƏBƏR 24 Dekabr 2010 / 13:46 1725
-  A +

Bu il Avroliqada uğurlu nəticə göstərmiş «Qarabağ» daha bir mükafat alıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, dünən Gənclər və İdman Nazirliyinin ilin yekunlarına dair keçirdiyi tədbirdə «Qarabağ» 2010-cu il üçün Azərbaycanın ən yaxşı komandası adına layiq görülüb.  «Qarabağ» kişilər üzrə basketbol, qadınlar üzrə voleybol millimizi qabaqlayaraq ilin ən yaxşı komandası seçilib.
Komandaya bu münasibətlə Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomu təqdim edilib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner