Daha bir rumuniyalı “Xəzər Lənkəran”a keçə bilər

Daha bir rumuniyalı “Xəzər Lənkəran”a keçə bilər
XƏBƏR 24 Dekabr 2010 / 12:30 2191
-  A +

 “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik daha bir rumuniyalını komandasına gətirmək istəyir. Qol.Az-ın məlumatına görə, “Styaua”nın klubunun yarımmüdafiəçisi Marius Onofraş karyerasını ölkəmizdə davam etdirə bilər. Lakin 30 yaşlı sağ cinah yarımmüdafiəçisinin “Xəzər Lənkəran”a keçməsi iki klub rəhbərliyi arasındakı danışıqlardan asılı olacaq. Bununla belə, “Styaua” klubunun prezidenti Cici Bekali daha əvvəl bu futbolçunun transferi üçün 100 min avro tələb etsə də, hazırda bu məbləği 25 min avroya endirib. Əgər yaxın zamanda tərəflər arasında razılıq əldə olunarsa, Lənkəran klubu daha bir rumuniyalı futbolçu ilə heyətini gücləndirəcək. Qeyd edək ki, adı çəkilən futbolçu ilə “Xəzər Lənkəran”la yanaşı, Kiprin AEL klubu da yaxından maraqlanır.

Son xəbərlər