Platini 2015-ə qədər UEFA-ya rəhbərlik edəcək

Platini 2015-ə qədər UEFA-ya rəhbərlik edəcək
XƏBƏR 24 Dekabr 2010 / 11:54 1548
-  A +

UEFA-nın hazırkı prezidenti Mişel Platini 2015-ci ilədək vəzifəsində qalacaq. Qol.Az-ın məlumatına görə, UEFA-nın dünən keçirilən iclasında qurumun rəhbərliyinə Platinidən başqa heç kəs namizədliyini irəli sürməyib. Belə olan təqdirdə isə tək namizəd qalan 55 yaşlı əfsanəvi fransız futbolçu avtomatik olaraq yenidən 4 il UEFA-ya rəhbərlik edəcək. Platininin prezidentliyi UEFA-nın 2011-ci ilin yanvarında keçiriləcək 35-ci qurultayında təsdiq olunacaq.
Qeyd edək ki, Mişel Platini 2007-ci ildən UEFA-ya rəhbərlik edir.

Son xəbərlər