"Ferentsvaroş"un (Macarıstan) baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a uduzaraq (1:1, 1:3) mübarizəni dayandırmaları barədə növbəti dəfə danışıb.
Qol.az istinadən xəbər verir ki, mütəxəssis sport-express.ru-ya müsahibəsində Ağdam təmsilçisinin onun komandasından daha yaxşı oyun nümayiş etdirdiyini deyib:
"Qarabağ" çox güclü komandadır, 8 ildir avrokubokların qrup mərhələsində mübarizə aparır. "Qarabağ"ın ötən mövsüm Konfrans Liqasında pley-offa çıxması, bu il isə "Sürix"ə qalib gəlməsi təsadüf deyildi. Təsnifat mərhələsindən qrupa vəsiqə qazanmaq üçün 8 oyun keçirirsən. Bəzən bir səhv hər şeyin üstündən xətt çəkir. Ev oyununa yaxşı başlamamışdıq. Öz səhvlərimizdən qollar buraxdıq. Bundan sonra geridönüş etmək çətin idi. "Qarabağ" əks-hücumlarda əla oynayır. Ön xətdə sürətli oyunçuları var. Hətta evdəki görüşdə bizə 2 qol vuran futbolçusu (İbrahima Vadji - red.) Fransa klubuna keçdi. Düzdür, həmin oyunda 2 aparıcı mərkəz müdafiəçimiz iştirak etmirdi. Təbii ki, bunlar bəhanə olmamalıdır. Bir sözlə, cavab matçında rəqib bizdən yaxşı oynadı, səhvlərimizdən istifadə etdi, mərhələni keçdi".
"Arsenal"a keçə bilər
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"