Nazim Süleymanov «Muğan»a sensasiyalı məğlubiyyətdən danışdı

XƏBƏR 23 Dekabr 2010 / 16:12 1770
-  A +

"Muğan" klubunu qəələbə münasibəti ilə təbrik edirəm. Hesabda irəlidə olmağımıza baxmayaraq, bunu sonadək qoruyub saxlaya bilmədik. Futbolun belə bir qaydası var - əgər qol epizodları yaradırsansa və onlardan lazımınca istifadə etmirsənsə, öz qapında qol görəcəksən". Qol.Az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, bu sözləri AZAL-ın baş məşqçisi Nazim Süleymanov «Muğan»la qarşılaşmadan sonra bildirib.
Xatırladaq ki, Uniban Premyer Liqasının bu gün keçirilən 19-cu turunun oyununda AZAL səfərdə «Muğan»a gözlənilmədən 1:3 hesabı ilə məğlub olub.
 


Son xəbərlər