Zeynal Məmmədov: «Bakı» altılığa düşməsə, çempionata maraq da qalmaz»

Zeynal Məmmədov: «Bakı» altılığa düşməsə, çempionata maraq da qalmaz»
XƏBƏR 23 Dekabr 2010 / 15:27 1835
-  A +

«Bugünkü oyunda qələbə bizim üçün çox vacib idi. Heç-heçə və ya məğlub olsaydıq, altılığın «qapısı» bizim üzümüzə bağlanacaqdı. Bunu futbolçular dərk etdilər və qələbə qazandılar». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Bakı»nın vitse-prezidenti Zeynal Məmmədov deyib.
«Bakı»nın ilk altılığa düşüb-düşməyəcəyini yalnız gələn ilin fevral ayında biləcəyik. Birdə ki, altılıq «Bakı»sız maraqsız olar. Əgər «Bakı» altılığa düşməsə, onda bu çempionata maraq da qalmaz» - deyə Z.Məmmədov bildirib.
Xatırladaq ki, bu gün «Bakı» səfərdə «Qəbələ»yə 1:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər