«Bakı» mübahisə edən futbolçularını cəzalandıra bilər

XƏBƏR 23 Dekabr 2010 / 15:23 2045
-  A +

«Bakı» klubunun vitse-prezidenti Zeynal  Məmmədov bu gün «Qəbələ» ilə oyunda komandalarının futbolçuları arasında yaranmış insidentlə bağlı fikirlərini bildirib. Qol.Az-ın müxbiri ilə söhbətində o, belə hadisələrə mənfi yanaşdığını deyib: «Futbolçular əsəblərini cilovlamağı bacarmalıdır. Bu cür hallar komandanın adına pisdir. Futbolçular oyunlarını nümayiş etdirməli, meydanı da dostcasına tərk etməlidir».
Zeynal Məmmədov bildirib ki, futbolçunun günahı varsa, mütləq cəzalandırılacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner