"Neftçi" PFK-nın 15 yaşlı yeniyetmələrdən ibarət komandasının baş məşqçisi İslam Kərimova "Azərbaycan Respublikasının əməkdar məşqçisi" fəxri adı verilib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, mükafatı ona gənclər və idman naziri Azad Rəhimov təqdim edib.
"Mənə göstərilən diqqətə görə "Neftçi" PFK-nın və Gənclər və İdman Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan futbolunun gələcəyi uşaqlardır. "Neftçi"də uşaq futboluna böyük önəm verilir. Təsadüfi deyil ki, flaqmanın uşaq və yeniyetmə komandaları hər il mükafatçılar sırasında olurlar. Elə mənim rəhbərlik etdiyim 15 yaşlılardan ibarət komanda bu mövsüm artıq sona 5 tur qalmış final mərhələsinə vəsiqə qazanıb. Çalışacağam ki, bundan sonra da mənə göstərilən etimadı doğruldum" – deyə İslam Kərimov bildirib.
İslam Kərimov məşqçi kimi 1992-1999-cu illər və 2004-cü ildən indiyədək "Neftçi"də çalışıb. O, 1999-2004-cü illərdə rəhbərlik etdiyi Azərbaycanın U-17 yığma komandasını 2002-ci ildə tarixində ilk dəfə ikinci mərhələyə yüksəldib. Kərimov "Neftçi" ilə 5 beynəlxalq turnirin (Danimarka, İtaliya, İspaniya, Bolqarıstan, Gürcüstan) qalibi olub. İslam Kərimovun rəhbərlik etdiyi "Neftçi"nin yeniyetmələrdən ibarət komandaları 9 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ikinci, 1 dəfə üçüncü yeri tutub.
İslam Kərimov Azərbaycan futboluna bir sıra səviyyəli futbolçular yetişdirib. Onlardan 38-i hazırda Unibank Premyer Liqasında çıxış edir, 20-si Azərbaycanın müxtəlif yığma komandalarının heyətinə cəlb olunub. Kərimov Azərbaycana Ruslan Abışov, Kamran Ağayev, Araz Abdullayev, Amit Quluzadə, Ruslan Əmircanov, Vüqar Nadirov, Rəşad Sadiqov və s. futbolçular bəxş edib.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir