“Bakı” və “Xəzər Lənkəran” üçün eyni rəqib

“Bakı” və “Xəzər Lənkəran” üçün eyni rəqib
XƏBƏR 23 Dekabr 2010 / 12:09 2171
-  A +

Türkiyədə təlim-məşq toplanışı dövründə Rumuniyanın “Panduri” klubu bir neçə yoxlama görüşü keçirəcək. Qol.Az-ın məlumatına görə, rumınlar Antalyada Azərbaycan Premyer Liqasının iki təmsilçisi ilə də qarşılaşacaq. Yanvarın 28-dən fevralın 10-dək toplanışda olacaq rumınlar ilk oyununu son Azərbaycan kubokunun qalibi “Bakı”ya qarşı keçirəcək. Yanvarın 31-də baş tutacaq bu oyundan 9 gün sonra isə rumınlar Mirça Rednikin komandası “Xəzər Lənkəran”la görüşəcək.
Hazırda Rumuniya çempionatında 18 komanda arasında 16-cı pillədə qərarlaşan “Panduri” ümumilikdə Türkiyədə 5 yoxlama görüşü keçirəcək.
Qeyd edək ki, “Panduri” klubunun Antalyadakı rəqibləri siyahısında Ukraynanın “Metallurq” (Zaporojye), Cənubi Koreyanın “Kanvondo” və Xorvatiyanın “Lokomotiv” klubları da var.

Son xəbərlər