Mirça Rednikin transfer siyahısında daha bir futbolçu

Mirça Rednikin transfer siyahısında daha bir futbolçu
XƏBƏR 23 Dekabr 2010 / 11:44 2123
-  A +

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik daha bir rumuniyalını Lənkərana gətirə bilər. Qol.Az-ın məlumatına görə, Rednik “Styaua” (Buxarest) klubunun hücumçusu Romeo Surdunu komandasında görmək istəyir. Məlumatda deyilir ki, Lənkəran klubunun rəhbərliyi yanvar ayında müqavilə müddəti başa çatan 26 yaşlı futbolçu üçün 150 min avro ödəməyə hazırdı. Lakin futbolçunun özü isə hələlik “Styaua”da qalmağın tərəfdarıdır. O, yalnız böyük məbləğdə pul təklifinin gələcəyi halda komandasını dəyişə biləcəyini söyləyib.


Son xəbərlər