Ermənistan Futbol Federasiyasının prezidenti Azərbaycanda

XƏBƏR 23 Dekabr 2010 / 10:37 2150
-  A +

Dekabrın 21-də Dağlıq Qarabağın separatçı rejiminin lideri Bako Saakyan Azərbaycanın işğal altındakı ərazilərinə səfər edən Ermənistan Futbol Federasiyasının prezidenti, oliqarx Ruben Ayrapetyanı qəbul edib. Qol.Az-ın «armtoday»a istinadən verdiyi məlumata görə, görüşdə qondarma «Dağlıq Qarabağ Respublikası»nda futbolun inkişafı məsələləri müzakirə olunub. Bu idman növünün gənclər arasında təbliğatına fikir verilməsi xüsusi vurğulanıb. Ruben Ayrapetyan Dağlıq Qarabağ bölgəsində futbolun inkişafına yardım edəcəyinə söz verib.


Son xəbərlər