Joze Mourinyo: “Benites mənə minnətdar olmalıdır”

Joze Mourinyo: “Benites mənə minnətdar olmalıdır”
XƏBƏR 22 Dekabr 2010 / 15:17 1815
-  A +

İspaniyanın “Real Madrid” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, Mourinyo bu yaxınlarda “İnter”in baş məşqçi postundan qovulmuş Rafael Benitesə öz iradını bildirib: “ Benites “İnter”in klublar arasında keçirilən dünya çempionatında uğur qazanmasına görə mənə minnətdar olmalıdır. Bu komanda mənim rəhbərliyim altında həm Avropa, həm də İtaliyada uğur qazanıb. Hazırda isə komandanın vəziyyəti çox pisdir. O, bu cür futbolçularla növbəti illərdə böyük zəfər əldə edə bilərdi. Lakin təəssüflər olsun ki, bacarmadı. Məni isə Benitesin gələcək taleyi yox, daha çox yaxın dostum olan “İnter” klubunun prezidenti Massimo Moratti və bu klubun azarkeşləri maraqlandırır. Mən onlara bütün turnirlərdə uğurlar arzulayıram”. 

Son xəbərlər