“İnter”in baş məçqçisi Kaxaber Sxadadze klubun rəsmi saytına müsahibəsində “Bakı” ilə oyununun təhlilini aparıb və qarşıdan gələn “Gəncə” ilə matça toxunub.
- Bakı” ilə matçda yaxşı futbol sərgiləmək mümkün oldu və üç uğursuz oyundan sonra komanda, nəhayət ki, qələbə qazandı...
- Biz rəqibin oyununu uzun müddət analiz etdik və düşünürəm ki, bu faktor qələbə qazanmağımızda az rol oynamadı. Futbolçular oyunda tapşırıqlarını çox ciddi şəkildə yerinə yetirdilər. Birinci hissədə baş vermiş bəzi xətaları saymasaq, oyunun mənzərəsindən razı qaldım. Uşaqlar savadlı oynadılar. Bizim üçün də, “Bakı” üçün də bu oyun çox vacib idi. Yaxşı futbol sərgilədiyimizə baxmayaraq, biz ardıcıl üç turda qələbə qazana bilmirdik və bu baxımdan qələbə bizim üçün vacib idi. Birincisi, psixoloji planda özünəinamı yenidən qaytarmaq üçün qələbə lazım idi. Mən şadam ki, çoxdan gözlənilən qələbə baş tutdu.
Bu qarşılaşmanın daha bir xüsusiyyəti ondan ibarət idi ki, biz hesabda geridə olduğumuz halda görüşün gedişatını dəyişdirməyi bacardıq və iradi qələbə qazandıq. Ötən mövsüm bizim kifayət qədər dönüş matçlarımız olmuşdu, lakin bu, ilk dəfədir baş verir. İradi qələbələr ikiqat vacibdir və ilk növbədə psixoloji planda mühümdür.
Məni sevindirən daha bir xüsusiyyət ondna ibarətdir ki, belə bir mürəkkəb ilin sonunda komandamız funksionallığını saxladı, 90 dəqiqəni eyni tempdə keçirməyi bacardı. Bu isə komandanın yaxşı fisiki hazırlığından, onun yüksək fiziki kondisiyalarından xəbər verir. Son 25 dəqiqə biz hərəkətdə “Bakı”nı üstələdik. Bütün bu aspektlər belə deməyə əsas verir ki, “İnter”in böyük potensialı var. Sadəcə, elə etmək lazımdır ki, potensial öz əksini həmişə komandanın nəticələrində tapsın.
- Birinci mövsümdə “Gəncə” “İnter”ə qalib gəlməyi bacarmışdı. Aydındır ki, qarşıdakı oyun sadə matçlardan biri olmayacaq...
- Əlbəttə. Qeyd etmək yerinə düşərdi ki, “Bakı” ilə qarşılaşma, əlbəttə, çox vacib idi, lakin “Gəncə” ilə keçiriləcək qarşılaşma daha mühümdür. Ona görə ki, ötən şənbə əldə etdiyimiz nəticəni gücləndirmək lazımdır. “Gəncə” kifayət qədət tipik ev komandasıdır. Orada yaxşı futbolçular var. Onların hücum xətti xüsusilə fərqlənir, bunu biz hələ ilk matçda hiss etmişdik. O zaman ilk 10 dəqiqə ərzində qapımız qarşısında bir neçə qol vəziyyəti yaratmışdılar ki, nəticədə bütün bunlar qola çevrildi. Bu, bizi müdafiəyə diqqətlə yanaşmağımıza vadar edir. Ancaq ilk növbədə topu saxlamaq və çox sayda hücum etmək lazımdır.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir