İstanbul Ceylan Beynəlxalq Mərkəzində Türkiyənin ən böyük informasiya agentliklərindən olan "Spor Ajans"ın "İlin idman adamları" beynəlxalq mükafatlandırma mərasimində "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov "Avropada ilin klub prezidenti" mükafatına layiq görülüb. Klub prezidenti "I Uluslararası Spor Ajans Spor Adamları Ödül Gecəsi" haqda təəssüratlarını bölüşüb: "Qardaş ölkələr - Türkiyə və Azərbaycan haqqında ulu öndərimiz Heydər Əliyevin gözəl kəlamı vardır: "Biz bir millət, iki dövlətik!". Bu böyük kəlam ölkələrimizin din, dil, irq bərabərliklərini göstərir. Hal-hazırda möhtərəm prezidentimiz cənab İlham Əliyevin və Türkiyə prezidenti Abdulla Gülün dəstəyi ilə bu qardaşlıq bütün sahələrdə özünü büruzə verir. Bu dostluğu, qardaşlığı vəzifəmiz olan idmana daşımaq üçün də İstanbulda olduq.
Azərbaycanın 1937-ci ildə qurulan ən köklü və ən populyar komandası olan "Neftçi" futbol klubu Sovetlər Birliyi dönəmində də gücünü isbat edib və müstəqil Azərbaycanda da ən çox çempionluğu qazanıb.
Hörmətli prezidentimiz İlham Əliyevin idmanın inkişafına verdiyi dəstəklə Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınmaqdadır. Rəhbərlik etdiyim "Neftçi" İdman-Sağlamlıq Mərkəzi digər idman növlərində də olimpiya, dünya və Avropa çempionları yetişdirmiş və Azərbaycana bu yarışlarda ən çox medal qazandıran klub olmuşdur.
Azərbaycan futbolunda da son vaxtlar görülən işlər beynəlxalq futbol təşkilatları tərəfindən yüksək qiymətləndirilmişdir. Türkiyənin məşhur Spor Ajans informasiya agentliyinin bizə verdiyi bu böyük mükafatdan ruhlanaraq, "Neftçi" futbol komandasını da Avropada gələcək zəfərlərə daşıyacağıq" - deyə S.Sadıqov klubun rəsmi saytına bildirib.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir