Baş məşqçi Fatih Terim Türkiyə milli komandasının bəzi oyunçularının öz klublarında ehtiyatda oturdulmasının onu ciddi şəkildə narahat etdiyini bildirib. Bu səbəbdən çox böyük sıxıntı yaşadığını deyən Fatih Terim İspaniya ilə DÇ-2010-nun seçmə oyununadək yaranmış problemin həllini tapacağına inamını ifadə edib.
F.Terim bu zaman ad çəkməsə də, söhbətin daha çox «Fənərbaxça»nın futbolçusu Semih Şentürkdən getdiyi çoxlarına aydındır. Məlumdur ki, son aylar «Fənər»in ispaniyalı baş məşqçisi Luis Araqones Türkiyənin ən perspektivli oyunçularından olan Semihi ehtiyat oyunçular skamyasında oturdur, onu nadir hallarda meydana buraxır. Bu isə Türkiyədə narazılıqla qarşılanıb. Hətta bu günlərdə Türkiyə futbolunun kralı Hakan Şükür Araqonesi tənqid edərək demişdi ki, ispaniyalı Araqones Türkiyə milli komandasının İspaniya ilə prinsipial matçı ərəfəsində Semihi formadan salmaq üçün qəsdən meydana buraxmır.
Qeyd edək ki, Türkiyə futbolundakı bu olayın Azərbaycanda da bənzəri var. Artıq neçə vaxtdır ki, milli komandamızın üzvləri Cavid Hüseynov və Elvin Məmmədovun «İnter»də ehtiyat oyunçular skamyasında saxlanılması istər millinin məşqçiləri, istərsə də yerli mütəxəssislər tərəfindən narazılıqla qarşılanıb və buna görə baş məşqçi Valentin Xodukin tez-tez tənqid olunur.
Düzdür, Valentin Xodukin Luis Araqones kimi komandasını Avropa birincisi edə bilməyib. Amma ən azı yerli futbolçulara münasibətdə Xodukin həqiqətən də ispaniyalı Araqoneslə müqayisəyə gəlir.
ELNUR
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı