Bakının “İnter” komandasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov klubun rəsmi internet saytına müsahibə verib. O, Unibank Premyer Liqasının XVIII turunun “Bakı” və növbəti turun “Gəncə” ilə qarşılaşması haqda fikirlərini açıqlayıb.
- Aleksandr, çox mürəkkəb oyun alındı, xoşbəxtlikdən “İnter” qalib gəldi...
- Yaxşı, ssenariyə görə dramatik və ehtirasların çoşduğu bir qarşılaşma oldu. Düşünürəm ki, oyunu izləyən hər bir şəxs böyük zövq aldı və gördüklərindən razı qaldı. “Bakı”-çox güclü rəqibdir, bu komanda yaxşı futbolçulardan təşkil olunub. Biz bunu bilirdik, buna görə də, mümkün qədər ehtiyatlı davranmağa və səhv buraxmamağa çalışırdıq. Səhvdən qaça bilmədik və ikinci hissənin əvvəlində diqqətsizliyimiz üzündən acınacaqlı qol buraxdıq. Lakin, Allaha şükür, oyunun gedişatında dönüş yaratdıq. Daha qətiyyətlə hücum etməyə başladıq və rəqibi sıxışdırmağı bacardıq.
- Belə rəy formalaşıb ki, buraxılan qol “İnter”i qəzəbləndirdi. Bundan sonra komanda tam başqa futbol sərgilədi...
- Deməzdim ki, buraxılmış qol bizə kömək etdi, amma birmənalı şəkildə silkələdi. Kədərli olardı ki, acınacaqlı qoldan sonra uduzardıq. Bizim başqa yolumuz da yox idi! Yalnız irəliyə getmək lazım idi!
- Bu qələbə “İnter”ə “altılıq”da mövqeyini gücləndirməyə və yüksək yerləri fəth etmək barədə düşünməyə imkan verdi. Turnir cədvəlində yaranmış vəziyyət haqqında nə deyə bilərsiniz?
- Hələlik bu barədə düşünmürük. Bizim vəzifəmiz çox sadədir-bütün matçlarda qalib gəlmək və turnir cədvəli üzərində baş sındırmamaq. Əgər qalib gəlsək, o zaman turnir cədvəlində işlər düzəlməyə doğru gedəcək.
- Qarşıda birinci dövrədə “İnter”i məğlub etməyi bacarmış “Gəncə” ilə oyun var...
- Sizi inandırıram ki, oyun “Bakı” ilə oyundan asan olmayacaq. “Gəncə motivasiyalı, əsasən də yerli futbolçulardan təşkil edilmiş möhkəm komandadır. Buna görə də, növbəti üç xalı qazanmaq üçün çox çalışmaq lazımdır.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir