Mərkəzi Ordu İdman Klubu son günlər ölkə mətbuatında haqqında yazılanlarla bağlı bəyanatla çıxış edib. Klubdan Qol.Az-a daxil olmuş bəyanatda bildirilir ki, bu yazılarda guya rəhbərliyin futbolçuların əməkhaqlarını verə bilmədiyi MOİK-in fəaliyyətini dayandıracağı və və bir klub kimi ləğv ediləcəyi iddia olunur: «MOİK rəhbərliyi rəsmən bəyan edir ki, bütün bu yazılanlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. 2002-ci ildən etibarən peşəkar futbol klubu statusu daşıyan MOİK Müdafiə Nazirliyinin dəstəyi sayəsində bundan sonra da fəaliyyətini davam etdirəcək. Mətbuatda dərc edilən məqalələrin əksinə olaraq, klubda heç bir maliyyə problemi yoxdur. KİV-də MOİK-in dekabrın 18-də Unibank Premyer Liqasının 18-ci turu çərçivəsində “Xəzər Lənkəran”la oyuna çıxmayacağı barədə də əsassız fikirlər səsləndirilirdi. Lakin komandamızın “Xəzər Lənkəran”la görüşü bu iddiaların absurd olduğunu göstərdi. Analoji fikirlər dekabrın 21-də mətbuatda işıq üzü gördü. Bildirilirdi ki, guya MOİK dekabrın 23-də “Simurq”la oyuna çıxmayacaq. Qeyd etmək istərdik ki, MOİK-in əvəzedici heyəti artıq Zaqataladadır, əsas komanda isə bu gün axşam saatlarında səfərə yollanacaq. Göründüyü kimi, MOİK-i istəməyənlər, hər fürsətdə komandamız barədə yanlış fikir səsləndirənlərin növbəti iddiası boşa çıxdı. Yaxşı olardı ki, KİV nümayəndələri öz yazılarında MOİK-in orta yaş həddinə görə Premyer Liqada ən gənc kollektiv olmasına, heyətində demək olar, legioner oynatmamasına diqqət yönəltsinlər. MOİK indiyədək Azərbaycan futboluna bir sıra istedadlı oyunçular bəxş edib və indi də heyətdə futbolumuzun gələcək ulduzları yer alıblar. Belə bir perspektivli komanda barədə bəzi mətbu orqanların “qara piar” aparması yox, dəstək göstərməsi daha məqsədəuyğun olardı. 2010/11 mövsümünün debütantı olan MOİK-in əsas məqsədi Premyer Liqada yerini qorumaqdır. Əgər cari mövsüm bu məqsədimizə çatmasaq, növbəti ildə I divizionda iştirak edib, yenidən Premyer Liqaya dönməyə çalışacağıq!» - deyə bəyanatda bildirilir.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir