Afrikanın ən yaxşı futbolçusu bəlli oldu

Afrikanın ən yaxşı futbolçusu bəlli oldu
XƏBƏR 21 Dekabr 2010 / 17:45 1717
-  A +

İtaliyanın “İnter” klubunun və Kamerun millisinin futbolçusu Samuel Eto’o Afrikada  “İlin futbolçusu” seçilib. Qol.Az-ın məlumatına görə, Eto’o bu mübarizədə Fil Dişi Sahili yığmasının aparıcı futbolçusu Didye Droqba və Qana millisinin hücumçusu Asamuah Qyanı qabaqlamağa nail olub. 29 yaşlı futbolçu ötən mövsüm  “İnter”in heyətində Çempionlar Liqasının qızıl medallarına sahib çıxsa da, son mundialda Kamerun millisi ilə uğur qazana bilməmişdi.
Qeyd edək ki, Etoo bu mükafata dördüncü dəfə sahib çıxmaqla Afrika futbol tarixində yeni rekorda imza atıb.

Son xəbərlər