Elnur Allahverdiyev "Volqa"da oynaya bilər

XƏBƏR 21 Dekabr 2010 / 14:28 2046
-  A +

Azərbaycan milli komandasının və «Xəzər Lənkəran»ın müdafiəçisi Elnur Allahverdiyev karyerasını Rusiyada davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, millimizin futbolçusu Mahir Şükürov Elnur Allahverdiyevlə bağlı Rusiyanın «Volqa» klubunun baş məşqçisi Omari Tetradze ilə danışıqlar apardığı deyib. «Əgər mənim bu komandaya keçidim baş tutsa, onlara bir daha Elnuru da tövsiyə edəcəyəm. Bu barədə Omari Tetradze ilə söhbətim olub» - deyə o bildirib.

 


Son xəbərlər