Rəşad Sadıqov: «Komanda yoldaşlarıma minnətdaram»

XƏBƏR 21 Dekabr 2010 / 13:54 1765
-  A +

2010-cu il üçün Azərbaycan milli komandasının ən yaxşı futbolçusu adını qazanan Rəşad Sadıqova bu gün keçirilən tədbirdə mükafatı AFFA-nın baş katibi Elxan Məmmədov təqdim edib. Qol.Az-ın xəbərinə görə, Rəşad bu ada layiq görüldüy üçün çox sevindiyini bildirib. «İlk növbədə komanda yoldaşlarıma minnətdaram. Burada təkcə mənim yox, bütün futbolçuların əməyi var. İnşallah, bu mükafat digər futbolçulara da nəsib olar. Hər kəsə mənə səs verdiyi üçün minnətdaram» - deyə o bildirib.


Son xəbərlər