«Simurq» «Turan»dan PFL-ə şikayət etdi

XƏBƏR 21 Dekabr 2010 / 11:41 1825
-  A +

"Simurq" klubu dekabrın 19-da «Turan»a qarşı keçirilmiş oyundakı insidentlə əlaqədər Peşəkar Futbol Liqasına məktub ünvanlayıb. Qol.Az-ın məlumatına görə, məktubda deyilir ki, “Turan” - “Simurq” futbol klubları arasında Unibank Premyer Liqasının XVIII turunun oyunundan sonra xoşagəlməz bir hal yaşanıb. «Oyun bitdikdən sonra “Simurq” PFK-nın futbolçuları soyunub-geyinmə otağına yollanıb və bir neçə dəqiqə sonra “Turan”ın bir neçə yerli və əcnəbi oyunçusunun hücumuna məruz qalıb. Bu hadisədə “Simurq”un oyunçuları ciddi xəsarətlər alıb, bununla da onların səhhətlərinə zərər yetirilib» - deyə məktubda bildirilib.
«Simurq» klubu bu hadisəyə hüquqi qiymət verilməsini, “Turan”ın futbolçuları haqda ciddi ölçü götürülməsini xahiş edib.


Son xəbərlər