Yoahim Löv: "Biz 2012-də Avropa, 2014-cü ildə isə dünya çempionu olacağıq”

Yoahim Löv: "Biz 2012-də Avropa, 2014-cü ildə isə dünya çempionu olacağıq”
XƏBƏR 20 Dekabr 2010 / 17:32 1824
-  A +

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Britaniya mətbuatına verdiyi iddialı açıqlamalarla diqqət çəkib. Qol.Az-ın məlumatına görə, Löv komandasının 2012-ci ildə Avropa,  2014-cü ildə isə dünya çempionu olacağını bildirib. “ Biz AÇ 2012-nin seçmə mərhələsinə  uğurlu başladıq. Azərbaycanla oyundan sonra qələbələrin davamı gəldi və biz bu qrupun liderinə çevrildik. Lakin mən Almaniya millisi ilə həm Avropa, həm də dünya çempionu olmaq istəyirəm. Komandanın potensialı buna imkan verir. Son iki ildə Almaniya millisi çox möhtəşəm oyun nümayiş etdirdi. Lakin bu inamlı oyunu məntiqi sonluqla başa vurmaq daha gözəl olardı. CAR-da keçirilən mundialda biz buna yaxın olsaq da, ispanlar bu arzumuzu gözümüzdə qoydu. Bununla belə, İspaniya millisinin hazırda dünyanın bir nömrəli komandası olması da heç kəsə sirr deyil”.
Qeyd edək ki, Almaniya milli komandası AÇ 2008-də ikinci, DÇ-2010-cu ildə isə üçüncü yeri tutmuşdur.

Son xəbərlər